Erməni vətəndaşların Laçın sərhəd məntəqəsindən keçməsinə şərait yaradılıb

Erməni vətəndaşların Laçın sərhəd məntəqəsindən keçməsinə şərait yaradılıb
  08 Avqust 2023    Oxunub:1149
Qarabağın erməni sakinlərinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.
Avqustun 8-də bir qrup erməni sakin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistandan Xankəndi istiqamətində hərəkət edib.

Erməni əsilli Azərbaycan vətəndaşlarının sənədləri keçid məntəqəsində prosedura uyğun yoxlanılaraq rəsmiləşdirilib.

Sakinlərlə yanaşı, BQXK-nın avtomobillərində dərmanlar, tibbi ləvazimatlar və digər zəruri malların keçidi üçün də şərait yaradılıb. (APA)

AzVision.az



Teqlər:



Xəbər lenti