Kriminal avtoritetlər dalaşıb? - DİN-dən açıqlama

   Kriminal avtoritetlər dalaşıb? -  DİN-dən açıqlama
  10 Avqust 2023    Oxunub:1218
Paytaxtın Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında münaqişə olması ilə bağlı əsassız iddialar yayılıb.
AzVision.az xəbır verir ki, bu batədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ku, avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Bəhmənov Mirəli Mirəlövsət oğlu orada yaşayan 1971-ci il təvəllüdlü Həmidov Ədalət Mirzətulla oğluna kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb istintaq hərəkətləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti