“İşığı söndürün, həyatım tort üfürəcək” yazılmış plakata görə həbs edildi

      “İşığı söndürün, həyatım tort üfürəcək”    yazılmış plakata görə həbs edildi
  10 Avqust 2023    Oxunub:1865
Nizami rayonu ərazisində yerləşən tuneldən “işığı söndürün həyatım tort üfürəcək” sözləri yazılmış plakat asılıb.
AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 34 yaşlı Şamil Məmmədov (ad-soyad şərti) plakatı yol hərəkətini tənzimləyən vasitələrin üzərindən asdıqdan sonra yolun ortasında dayanaraq plakatla şəkil çəkdirməyə başlayıb.

O, həmin vaxt ərazidə olan polis əməkdaşının tələbini yerinə yetirməyib, plakatı sökməyəcəyini deyərək tabesizlik göstərib.

Əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 510 ( xırda xuliqanlıq) və 531.1-ci (polisin qanunitələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

İnzibati xəta törədən şəxs məhkəmədə deyib ki, tanışı olan xanım ondan yaxınının ad gününə sürpriz etmək üçün “işığı söndürün həyatım tort üfürəcək” sözləri yazılmış plakat düzəltdirib “Şəfa” stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Ş.Məmmədov inzibati qaydada 10 sutka həbs edilib.

AzVision.az


Teqlər: Həbs  



Xəbər lenti