Terapevt dənizə bu saatdan sonra getməyi məsləhət görmür
"Günəş yanığı günvurma qədər təhlükəlidir, onun nəticələri çox ciddi ola bilər. Qızartı, ağrı, yerli qızdırma, şişkinlik kimi şikayətlərdən başqa günəş yanıqlarının gecikmiş ağır fəsadları ola bilər. İntensiv günəş şüaları təsiri altında dəri vaxtından əvvəl qocalır.
Belə ki, günəş dərini elastik və hamar edən kollagen və elastin liflərini məhv edir. Zədələnmiş dəri özünü bərpa etmək qabiliyyətini itirir. Əsasən üz dərisi günəşə çox həssasdır. Üzdə günəş şüaları təsirindən hiperpiqmentasiyalı sahələr, vitiliqo, dərinin kobudlaşması, qırışması və sallanması ola bilir".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


