“Siqaret kötüyü və kibriti yerə atmayın”
Qeyd olunanlarla bağlı xüsusilə qarşıdan gələn həftəsonunda insanların şəhər kənarına, meşə və meşəətrafı ərazilərə gözlənilən kütləvi səfərlərini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Nəzərə alınmalıdır ki, təbiət qoynunda istirahət zamanı yanar mayelərlə islanmış materialların, eləcə də şüşə qab və şüşə qırıntılarının, tam söndürülməmiş siqaret kötüyü və kibritin yerə atılması, ətrafın zibillənməsi, meşə sahələrində ocaq yandırılması tamamilə yolverilməz olmaqla açıq ərazilərdə baş verən yanğınların əsas səbəblərindəndir”, - deyə məlumatda bildirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


