Boğulmaların artım səbəbi Xəzərdəki zəlzələdir? - Açıqlama
Bəs əslində, yeraltı təkanlar dənizdə bu cür hallara səbəb ola bilərmi?
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Oxu.Az-a açıqlamasında son günlər Xəzərdə hər hansı dəyişikliklərə səbəb ola biləcək qədər güclü yeraltı təkanların qeydə alınmadığını deyib:
“Çimərlik ərazilərində suyun altında çuxurlar əmələ gəlib. Lakin buna səbəb yeraltı təkanlar deyil. Bir neçə gün öncə müşahidə edilən güclü küləklər dənizdə dalğaların sayını artırdı. Külək də suda burulğanlar yaradıb. Qum səthində də torpaq sürüşməsi, çuxurların yaranmasına səbəb budur. Aidiyyəti qurumlar əhaliyə müraciət edib, küləkli hava şəraitində çimərliyə getməməyi tövsiyə ediblər.
Lakin təəssüf ki, gənclər, eləcə də kifayət qədər yaşlı insanlar bu məqamlara diqqət etmirlər. İnsan öz təhlükəsizliyini birinci özü düşünməlidir. Bu diqqətsizlik səbəbindəndir ki, son günlər Mərdəkanda, Buzovnada, Siyəzəndə, Şüvəlanda boğulma halları olub. Bu məsələyə çox diqqətli yanaşmaq lazımdır, dəniz zarafatı sevmir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


