Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası tibbi sığortayla olacaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir.
Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


