Azərbaycan Ordusunun Xocavənddəki mövqeləri atəşə tutulub

  Azərbaycan Ordusunun Xocavənddəki  mövqeləri atəşə tutulub
  12 Avqust 2023    Oxunub:1284
Avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətrdə adekvat cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər: Xocavənd   Atəş  



Xəbər lenti