DİN-dən kuryerin həbs ediləcəyi ilə bağlı iddialara açıqlama

   DİN-dən kuryerin həbs ediləcəyi ilə bağlı iddialara açıqlama
  13 Avqust 2023    Oxunub:1548
Kuriyerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir, O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

"Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb".

AzVision.az


Teqlər:



Xəbər lenti