Kəlbəcər və Sədərək istiqamətində mövqelərimiz atəşə tutulub

   Kəlbəcər və Sədərək istiqamətində mövqelərimiz atəşə tutulub
  14 Avqust 2023    Oxunub:1258
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.
AzVision.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti