Naxçıvan Prokurorluğunda yeni təyinatlar oldu

   Naxçıvan Prokurorluğunda yeni təyinatlar oldu
  14 Avqust 2023    Oxunub:1050
Baş Prokurorluqda yeni təyinat olub.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Xalid Mirzəyev tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.

Kamran Əliyevin digər əmrilə Azərbaycanın Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Mübariz Bağırov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi təyin edilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev isə tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti