Türkiyənin media nümayəndələri Laçında
Bildirilib ki, işğal zamanı erməni vandalizmi nəticəsində Laçında bütün infrastruktur dağıdılaraq məhv edilib, həmçinin təbiət ekoloji terrora məruz qalıb. Laçın azad olunduqdan sonra digər rayonlarda olduğu kimi, burada da tikinti-quruculuq işlərinə başlanılıb və qısa zaman kəsiyində Laçında evlər bərpa edilərək doğma sakinlərinin istifadəsinə verilib.
Qeyd edilib ki, Böyük Qayıdış proqramına uyğun olaraq Laçın sakinləri öz el-obasına qayıdıblar. Qonaqların diqqətinə çatdırılıb ki, bir neçə gün əvvəl Laçına Böyük Qayıdışın növbəti mərhələsi həyata keçirilib və daha 23 ailə Laçında məskunlaşıb. Hazırda Laçın şəhərində ümumilikdə 203 ailə olmaqla 793 nəfərin məskunlaşdığı və köçürülən ailələr üçün bütün infrastruktur şəraitin yaradıldığı bildirilib. Daha sonra media nümayəndələri Laçın şəhəri ərazisində gəzintiyə çıxaraq burada tikinti-quruculuq işləri sayəsində yaradılan şəraitlə tanış olublar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


