Blogerin maşınında ölən oğlanın dəfni üçün anasını gözləyirlər

 Blogerin maşınında ölən oğlanın dəfni üçün anasını gözləyirlər
  15 Avqust 2023    Oxunub:2347
"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol qəzasında ölən Gəncə şəhər sakini 28 yaşlı Ruslan Şahin oğlu Məmmədovun dəfn edilməsi planlaşdırılırdı.
Lent.az-ın əldə etdiyi məlumata görə, mərasim təxirə salınıb. Məlumata görə, dəfn mərasimi sabaha saxlanılıb.

Buna səbəb, mərhumun anasının Rusiyada olmasıdır.

Tanınmış bloger Nicat Şakirlinin düşdüyü qəzada ölən şəxs dostu Ruslan Məmmədovdur.
"Qəza edən blogerə zəruri tibbi xidmətlər göstərilir" - TƏBİB
AzVision.az xəbər verir ki, onun Gəncədəki “İmperial” şadlıq evinin sahibi Şahin Məmmədovun oğlu olduğu bildirilib.

Qeyd edək ki, qəza nəticəsində 1 nəfər ölüb, 29 yaşlı N. Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub, polis əməkdaşı 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

AzVision.az


Teqlər:   Qəza  



Xəbər lenti