Dərmanların xarici qeydiyyatının tanınması ilə bağlı siyahı hazırlanacaq

  Dərmanların xarici qeydiyyatının tanınması ilə bağlı siyahı hazırlanacaq
  15 Avqust 2023    Oxunub:1325
Dərman xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti