Qaxda yol tikintisinə 4,9 milyon manat ayrılıb

Qaxda yol tikintisinə 4,9 milyon manat ayrılıb
  16 Avqust 2023    Oxunub:959
Prezident İlham Əliyev Qax rayonunun Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti