Talış kəndində 30 ildən sonra ilk körpə dünyaya gəldi

   Talış kəndində 30 ildən sonra ilk körpə dünyaya gəldi
  17 Avqust 2023    Oxunub:1281
Tərtərin işğaldan azad edilmiş Talış kəndində 30 ildən sonra körpə dünyaya gəlib.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətindən bildirilib ki, Camalovlar ailəsində doğulan uşağa Zəhra adı verilib. İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarını sevincinə səbəb olub.

Qeyd edək ki, Talış kəndinə köç bu ilin mart ayında reallaşıb. Kənddə hazırda 20 ailə yaşayır.

AzVision.az


Teqlər:



Xəbər lenti