Qəsdən adam öldürən şəxsin işi məhkəməyə göndərildi

Qəsdən adam öldürən şəxsin işi məhkəməyə göndərildi
  17 Avqust 2023    Oxunub:1118
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan verilən xəbərə görə, aprelin 23-də Biləsuvar rayon sakini 1986-cı il təvəllüdlü Vüsal İlhamlının öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfət Əlizadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:



Xəbər lenti