Süni intellektlə Ərdoğanın səsini təqlid etdi, həbs edildi

   Süni intellektlə Ərdoğanın səsini təqlid etdi, həbs edildi
  17 Avqust 2023    Oxunub:1036
Prezident Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamlarını və yüksək səviyyəli dövlət idarəçilərini aldatmağa cəhd edən şəxs yaxalanıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) fırıldaqçının süni intellekt proqramları ilə prezident Ərdoğanın səsini təqlid etməyə çalışdığını və xarici vətəndaşlar üzərindən aldığı 10-dan çox müxtəlif GSM xəttindən iş adamlarına zəng etdiyini üzə çıxarıb.

Araşdırmalar nəticəsində fırıldaqçının şəxsiyyəti və yeri müəyyən edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti