Füzuliyə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır
"Komitə bu məsələdə aidiyyəti qurumlarla birgə işləyir. TƏBİB-lə razılaşmaya əsasən qayıdışdan öncə sakinlər pulsuz tibbi müayinədən keçirlər və yüksək səviyyədə yoxlanırlar", - deyə Fuad Hüseynov diqqətə çatdırıb.
Mina təhlükəsinin qayıdış prosesinə ən böyük maneələrdən biri olduğunu qeyd edən sədr müavini torpaqlarımızın mina və partlamamış sursatla çirkləndirildiyini bildirib:
"Beynəlxalq ekspertlərin rəyinə əsasən, həmin sahələr dünyada ən çirkli ərazilər hesab olunur. Minalardan təmizləmə çox çətin bir prosesdir. Bu, həm vaxt aparan işdir, həm də maliyyə vəsaiti tələb edir. Amma dövlətimiz bu işin də öhdəsindən gələcək və erməni vandallarının xarabazara və çirkli ərazilərə çevirdiyi torpaqlar gülüstana, həyat qaynayan bir məkana dönəcək. Azərbaycan dünyaya postmüharibə dövründə sürətli bərpa və yenidənqurma, keçmiş məcburi köçkünlərin reinteqrasiya prosesi modelini tezliklə bütün dünyaya təqdim edəcək".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


