Prezident üç səfirin etimadnaməsini qəbul edib

   Prezident üç səfirin etimadnaməsini qəbul edib
  18 Avqust 2023    Oxunub:1298
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib.
AzVision.az xəbər verir ki, dövlət başısı həmçinin, Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas və Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnamələrini qəbul edib.

AzVision.az


Teqlər:



Xəbər lenti