Emoməli Rəhmon Azərbaycana dəvət olunub

   Emoməli Rəhmon Azərbaycana dəvət olunub
  18 Avqust 2023    Oxunub:1138
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 18-də Tacikistanın yeni səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edərkən bildirilib. Səfir Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib və Prezident Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib.

AzVision.az


Teqlər:



Xəbər lenti