Taksilərə taksometr quraşdırılacaq

   Taksilərə taksometr quraşdırılacaq
  18 Avqust 2023    Oxunub:1369
Ölkədə taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırılacaq.
Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna əsasən, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti