Sumqayıt bulvarında itkin düşən qız Masazırda tapılıb

   Sumqayıt bulvarında itkin düşən qız Masazırda tapılıb
  19 Avqust 2023    Oxunub:1558
Avqustun 15-də Sumqayıt bulvarında itkin düşən əqli qüsurlu 25 yaşlı Zeynəb Azər qızı Abbaszadə tapılıb.
AzVision.az “Report” a istinadən xəbər verir ki, qız Abşeron rayonu, Masazır qəsəbəsində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Zeynəb Abbaszadə 15 avqust saat 20:39-da anası ilə Sumqayıt bulvarında gəzərkən ondan tək gəzməsi üçün icazə alıb və bir daha geri qayıtmamışdı.

AzVision.az


Teqlər:



Xəbər lenti