"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dənizdə batan həmin şəxs Türkiyə vətandaşı iş adamı Süleyman Filizdir.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


