Müdafiə Nazirliyi məlumat yaydı

   Müdafiə Nazirliyi məlumat yaydı
  20 Avqust 2023    Oxunub:1315
Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti