Baş prokuror Qaxda vətəndaşları qəbul edəcək

Baş prokuror Qaxda vətəndaşları qəbul edəcək
  21 Avqust 2023    Oxunub:1351
Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 25-də, saat 10:00-da Qax rayon prokurorluğunun inzibati binasında Qax, Şəki, Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti