Hacı Ələsgərov: “Naxçıvan Muxtar Respublikasında böyük inkişaf var"

   Hacı Ələsgərov:    “Naxçıvan Muxtar Respublikasında böyük inkişaf var"
  21 Avqust 2023    Oxunub:3656
“Himal Holding”in rəhbəri Hacı Ələsgərov “Okuklu Holding”in Azərbaycandakı sədri Yılmaz Okuklu, “Iğdır Ticarət və Sənaye Palatası”nın sədri Kamil Arslan ilə görüşüb.
İşgüzar iclasda Himal Holdingin rəhbəri Hacı Ələsgərov: “Son aylar Naxçıvan Muxtar Respublikasında böyük inkişaflar olduğunu, Türkiyədə, xüsusilə Iğdırda olan iş adamlarını sərmayə qoymağa dəvət etdiyini, Naxçıvanda 4 hektar torpağın istehsal mərkəzlərinin yaradılması üçün ayrıldığını və tekstil şirkətlərinin buraya sərmayə qoya biləcəyini” bildirib.
“Okuklu Holding”in İdarə Heyətinin sədri Yılmaz Okuklu bu fürsəti qiymətləndirmək lazım olduğunu və Iğdırdakı iş adamlarını Naxçıvana sərmayə qoymağa dəvət etdiyini açıqlayıb.
Eyni zamanda, “Iğdır Ticarət və Sənaye Palatası”nın sədri Kamil Arslan səfərdən məmnunluğunu ifadə edərək, “Biz iki dövlət, bir millətik və Naxçıvanın inkişafı üçün əlimizdən gələni etməyə hazırıq” deyə vurğulayıb.

Görüşdə nəqliyyat, logistika, tekstil, qida laboratoriyaları, mineral suların satışı və digər sahələrdə əməkdaşlığın perspektivləri də vurğulanıb. Ziyarətçilər əməkdaşlıq imkanlarından, həyata keçirilən layihələrdən və ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər.

AzVision.az



Teqlər:



Xəbər lenti