Naxçıvan şəhərinə, Culfa və Ordubada yeni prokurorlar təyin olunub

Naxçıvan şəhərinə, Culfa və Ordubada yeni prokurorlar təyin olunub
  21 Avqust 2023    Oxunub:1213
Baş Prokurorluqda yeni təyinat olub.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qalib İsmayılov Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər prokuroru vəzifəsinə təyin edilib.

Kamran Əliyevin digər əmrinə əsasən, Afət Kərimli Culfa rayon prokuroru və Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Kərimli bu təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.

AzVision.az


Teqlər:



Xəbər lenti