Erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alınıb

   Erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alınıb
  21 Avqust 2023    Oxunub:1687
Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə "Ural" markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti