Prokurorluq orqanlarında qulluğa sənəd qəbulu davam edir
Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar müvafiq sənədləri PDF” faylı formasında skan edib [email protected] ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkidə daxil olmaqla əldə edə bilər.
Sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


