31 il əvvəl itkin düşənlər dəfn olundu - YENİLƏNİB

 31 il əvvəl itkin düşənlər dəfn olundu -  YENİLƏNİB
  23 Avqust 2023    Oxunub:3178
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu dəfn edilib.
AzVision.az xəbər verir ki, G.Hüseynov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, Gülverdi Hüseynov Birinci Qarabağ müharibəsində itkin düşüb. Həmin vaxt onun 41 yaşı var imiş. 1992-ci ilin yanvar ayında Gülverdi Hüseynovun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxtı ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.

Bildirək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən Müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.




***
Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Məhərrəm Abbasov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.

Şəhid Məhərrəm Abbasov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, şəhid Məhərrəm Abbasov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.

AzVision.az


Teqlər:



Xəbər lenti