“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib - VİDEO

   “MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib -  VİDEO
  24 Avqust 2023    Oxunub:1617
Türkiyənin “TV8” telekanalı Dövlət Turizm Agentliyinin dəstəyi ilə “MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.
AzVision.az xəbər verir ki, Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur.

“MasterChef Türkiye”nin Azərbaycan buraxılışı 24 avqust Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanacaq.



AzVision.az


Teqlər:



Xəbər lenti