Traktor Xızı və Siyəzəni qazsız qoydu

   Traktor Xızı və Siyəzəni qazsız qoydu
  24 Avqust 2023    Oxunub:1267
"Sumqayıt-Yaşma" magistral qaz xəttini traktor qazma işləri aparan zaman zədələdiyi üçün qəza halı ilə əlaqədar olaraq qaz təchizatı 24.08.2023-cü il tarixdə saat 10:10-dan dayandırılıb.
"Azəriqaz" İB-dən AzVision.az -a verilən məlumata görə, Xızı və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Hal-hazırda təmir-bərpa işləri aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti