Daşaltı şəhidinin cənazəsi 31 ildən sonra Xızıya gətirilib
A.Rüstəmovun meyitinin qalıqları Giləzidə doğulub, boya-başa çatdığı evinə aparılıb. Burada şəhidlə vida mərasimi keçirilir.
Mərasimdən sonra A.Rüstəmov Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Rüstəmov Araz Bağı oğlu 1968-ci il aprelin 7-də Xızının Giləzi qəsəbəsində anadan olub.
1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb. 2020-ci noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Rüstəmova məxsus olduğu təsdiqlənib.(Report)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


