Ömər aşırımında ağır yol qəzası: 2 Türkiyə vətəndaşı ölüb

   Ömər aşırımında ağır yol qəzası:    2 Türkiyə vətəndaşı ölüb
  25 Avqust 2023    Oxunub:1553
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.
AzVision.az xəbər verir ki, hərəkətdə olan "Mitsubishi" markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti