Cəbrayılda mina partlayıb, xəsarət alan var

   Cəbrayılda mina partlayıb,    xəsarət alan var
  25 Avqust 2023    Oxunub:1649
Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti