Ermənistan ordusunun kvadrokopteri məhv edildi

   Ermənistan ordusunun kvadrokopteri məhv edildi
  25 Avqust 2023    Oxunub:1386
Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti