Türkiyənin Milli Müdafiə naziri Bakıda

   Türkiyənin Milli Müdafiə naziri Bakıda
  26 Avqust 2023    Oxunub:1322
Avqustun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti