Güclü leysan və sel Göyçayın iki kəndi üçün təhlükə yaradıb

   Güclü leysan və sel Göyçayın iki kəndi üçün təhlükə yaradıb
  26 Avqust 2023    Oxunub:2133
Bu gün axşam saatlarında İsmayıllı rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları dağətəyi ərazidə yerləşən Göyçayın Qarabaqqal və Bığır kəndlərinin əhalisi üçün təhlükə yaradıb.
AzVision.az xəbər verir ki, sel suları Qarabaqqal kəndi ərazisindəki zibil poliqonunu dağıdıb, ərazidəki tullantılar yaxınlıqdakı Qarabaqqal və Bığır kəndlərinin suvarma arxlarına tökülüb. Nəticədə arxın suyunu içən ev heyvanları üçün, eləcə də əkin sahələrini suvaran, bu sudan məişətdə istifadə edən insanların sağlamlığı üçün təhlükə yaranıb.

Qeyd edək ki, Göyçay şəhərinin zibil və tullantıları Qarabaqqal kəndinin yuxarı hissəsinə, mal-qaranın dağlıq ərazidəki örüş sahəsinə tökülür.

AzVision.az



Teqlər: Sel   Göyçay  



Xəbər lenti