Fatmayıda dənizdə batan şəxsin meyiti tapıldı

    Fatmayıda dənizdə batan şəxsin meyiti tapıldı
  27 Avqust 2023    Oxunub:1324
Bu gün Fatmayı kəndində dənizdə 1 nəfər batıb.
Bu barədə AzVision.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

***
Abşeron rayonu, Fatmayı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti