Bayden Florida üçün fövqəladə vəziyyət qərarını təsdiqlədi

Bayden Florida üçün fövqəladə vəziyyət qərarını təsdiqlədi
  28 Avqust 2023    Oxunub:1225
ABŞ Prezidenti Co Bayden yaxınlaşan İdalia qasırğasının mümkün fəsadları ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi qərarını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu haqda Ağ Ev yazılı açıqlama yayıb.

Açıqlamada fövqəladə vəziyyətin insanların həyatını xilas etməyə, əmlakı, əhalinin sağlamlığını və təhlükəsizliyini qorumağa, Florida ştatının fırtınadan ən çox təsirlənəcək əyalətlərində fəlakət təhlükəsini azaltmağa və ya qarşısını almağa kömək edəcəyi qeyd edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti