Bakıda özəl xəstəxanada ayağı kəsilən qadın öldü

   Bakıda özəl xəstəxanada ayağı kəsilən qadın öldü
  30 Avqust 2023    Oxunub:1247
Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən "Medica Hospital" xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər: Xəstəxana  



Xəbər lenti