“Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər” - Hikmət Hacıyev

   “Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər” -    Hikmət Hacıyev
  31 Avqust 2023    Oxunub:1521
“Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək"


Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və daha səmərəli yoldur: "Bu yolun düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanları var. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər”.

Həmçinin oxu Xarici diplomatlar Ağdam-Xankəndi yolunda - FOTO
AzVision.az


Teqlər:  



Xəbər lenti