Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başlayıb

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başlayıb
  01 Sentyabr 2023    Oxunub:1215
Bu gündən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə başlanılıb.
AzVision.az xəbər verir ki, III mərhələ lisey və gimnaziya seçimi 3 sentyabr saat 12:00-da başa çatacaq.

Boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Qeyd edək ki, qəbul nəticələri açıqlandıqdan sonra 5 sentyabr saat 13:00-a kimi III mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbulu aparılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti