"Çörək tapmayan" separatçıların dəbdəbəli bilik günü - VİDEO

   "Çörək tapmayan" separatçıların dəbdəbəli bilik günü    - VİDEO
  01 Sentyabr 2023    Oxunub:1281
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni məktəblilərin yeni dərs ili başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. "Acından öldüklərini", çörək tapa bilmədiklərini bəyan edən separatçıların yaydıqları videolarda isə məktəblilərin bilik gününü yüksək səviyyədə qeyd etmələri əks olunub. Reportajı hazırlayan müxbir "1 sentyabrı birinci sinfə gedənlər ilk dəfə çiçəksiz qarşıladığını" yazsa da, görüntülər bunun əksini deyir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Separatçılar  



Xəbər lenti