Ağdamdan Xankəndiyə gedən yola işıq çəkilib

   Ağdamdan Xankəndiyə gedən yola işıq çəkilib
  01 Sentyabr 2023    Oxunub:2556
Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.
AzVision.az "Report" a istinadən xəbər verir ki, hazırda uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi başa çatıb.

110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə qədər çəkilib.

AzVision.az


Teqlər:



Xəbər lenti