Mingəçevir-Bəhrəmtəpə yolunda qəza: Ölən və yaralananlar var

   Mingəçevir-Bəhrəmtəpə yolunda qəza:    Ölən və yaralananlar var
  02 Sentyabr 2023    Oxunub:2666
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı "VAZ-2107" markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı "Hyundai" markalı avtomobillə toqquşub.

"VAZ-2107" markalı avtomobilin sürücüsü Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(Report)



AzVision.az



Teqlər: Qəza  



Xəbər lenti