Ermənistana aid zərbə PUA-sı ələ keçirilib

  Ermənistana aid zərbə PUA-sı ələ keçirilib
  02 Sentyabr 2023    Oxunub:1353
Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.

AzVision.az



Teqlər: Ermənistan   PUA  



Xəbər lenti