Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 71 nəzarətçi-müəllim, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı, 5 bina nümayəndəsi ayrılıb.
Sentyabrın 4-dən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 5 gün ərzində elan olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


