Ermənilər Xocalıda fortifikasiya qurğuları quraşdırmağa cəhd edib

   Ermənilər Xocalıda fortifikasiya qurğuları quraşdırmağa cəhd edib
  03 Sentyabr 2023    Oxunub:1391
Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti